Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələdə 110/35/10 kV-luq Laza yarımstansiyası yenidən qurulur

24 sentyabr 2026 | 17:10

Qəbələ şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində əhalinin və digər istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə 110/35/10 kV-luq Laza yarımstansiyasının yenidən qurulması işləri aparılır. Yenidənqurma layihəsi çərçivəsində yarımstansiyanın gücünün 20 MVt-dan 50 MVt-a çatdırılması nəzərdə tutulur. Bu məqsədlə yarımstansiyada müvafiq texniki və infrastruktur işləri həyata keçirilir. Layihə çərçivəsində mövcud inzibati bina və idarəetmə mərkəzinin də yenilənməsi nəzərdə tutulmuş, köhnə binalar müasir tələblərə cavab verən yeni inzibati bina və idarəetmə mərkəzi ilə əvəz olunur. Yenidənqurma işlərinin başa çatdırılması ilə Qəbələ şəhərində və ətraf ərazilərdə elektrik enerjisinin təchizatının etibarlılığının və dayanıqlılığının artırılması, istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması təmin ediləcəkdir.

Keçidlər