Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “15 iyun Milli Qurtuluş Günü”nə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir

15 iyun 2023 | 19:27

15 iyun 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev İli” çərcivəsində “Milli Qurtuluş Günü” münasibəti ilə ümümrayon tədbiri keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və gənclər öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər. Daha sonra Qəbələ şəhəri Heydər Əliyev parkında yerli incəsənət kollektivlərinin iştirakı ilə böyük bayram konserti təşkil edilmişdir.

Keçidlər