Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 18 İyun “İnsan Hüquqları Günü” münasibətilə tədbir keçirilmişdir

06 iyun 2022 | 18:17

06 iyun 2022-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində “İnsan Hüquqları  Aylığı” çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Şəki Regional Miqrasiya idarəsi və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. RİH başçısının müavini Ətayə Osmanova qonaqları salamlayaraq “İnsan Hüquqları Günü”nün yaranma tarixindən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov bu sahədə görülmüş işlərdən söz açmış, Şəki Regional Miqrasiya İdarəsinin nümayəndələri isə “Əcnəbilərin hüquq və vəzifələri”, “Vətəndaşsızlıq hallarının aradan qaldırılması mövzusunda çıxış etmişlər. Rayon icra hakimiyyətinin, idarə, müəssisə, təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir diskusiya şəklində davam etdirilmişdir.

Keçidlər