Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 19,5 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

16 avqust 2023 | 10:48

Bu ilin payızında Qəbələ rayonunda gələn ilin məhsulu üçün 19 min 500 hektaradək sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda payızlıq dənlilərin səpini üçün yay şumu davam etdirilir. İndiyədək təsərrüfatlarda 2 min 820 hektar sahədə yay şumu aparılıb. Bu ilki mövsümdə rayonda 15 min 465 hektar sahədən 44 min 430 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 28,7 sentner olub. İstehsal olunan taxılın 32 min 712 tonu buğda, 11 min 718 tonu arpadır. Taxıl biçini başa çatdıqdan sonra rayonun təsərrüfatlarında 350 hektar sahədə silos üçün təkrar qarğıdalı əkilib. Təkrar əkinlər əsasən Vəndam, Nic qəsəbələrinin və Tüntül kəndinin ərazilərində aparılıb.

Keçidlər