Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “2 fevral – Gənclər günü” qeyd edilib

02 fevral 2024 | 17:02

02 fevral 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “2 fevral - Azərbaycan Gəncləri günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulduğunu və bu günkü bayramın Ulu Öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirmiş, möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqətdən, aparılan sistemli işlərdən, inkişafın yeni hədəflərinin müəyyən edildiyindən bəhs etmiş, bir neçə gün sonra keçiriləcək növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək gəncləri təbrik edərək işlərində uğurlar arzulamışdır. Çıxış edən Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Fəxri Soltanov müasir iqtisadi-siyasi, mədəni həyatımızın, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə malik olan, kreativ düşüncəli gənclərin yetişdiyini qeyd etmişdir. Tədbirdə digər çıxış edənlər Azərbaycanda gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən və həyata keçirilən möhtəşəm layihələrdən danışmışlar. Tədbirin sonunda Uşaq və Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun ifasında  rəqslər nümayiş olunmuş və şagirdlər Zəfər qazanmış qəhrəman gənclərə həsr olunmuş şeirlər səsləndirmişdir.

Keçidlər