Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 3 nəfər şagird buraxılış imtahanında maksimum nəticə göstərib

03 aprel 2024 | 10:08

Mart ayının 3-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, respublika üzrə 14 şagird maksimum nəticə göstərib. Onlardan 3-ü Qəbələ rayonunun tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləridir. Qəbələ şəhər Nicat  Apayev adına 4 №-li tam orta məktəbin şagirdi Xancanova Lalə Elvin qızı, Həmzəli kənd tam orta məktəbin şagirdi Yusibov Elşən Səfa oğlu və Nohurqışlaq kənd tam orta məktəbin şagirdi Rəhimova Səidə Ruhib qızı buraxılış imtahanında 300 bal toplayıb. Şagirdləri təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.

Keçidlər