Qəbələdə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni İl bayramı qeyd olunmuşdur
Qəbələ Rayon İcra hakimiyyətinin və Qəbələ şəhər bələdiyyəsinin təşkilatçılığı ilə “Garden Oteldə” 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün bayram şənliyi təşkil olunmuşdur. Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirak etdiyi tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bütün tədbir iştirakçılarını “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibəti ilə təbrik etmişdir. Şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.