Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələdə 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.

05 oktyabr 2026 | 18:44

Qəbələ rayonu üzrə təhsil sektorunun və ETİHİ-nin Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad etmişlər. Qəbələ şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində davam edən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dünyasını dəyişmiş təhsil işçilərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, təməli Ümumilli  Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə ölkə Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilən təhsil strategiyasının ardıcıl və davamlı inkişafından danışmış, müəllimlərə bu şərəfli işlərində uğurlar arzulamışdır. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova çıxışında müəllim peşəsinin yüksək dəyərlərindən, cəmiyyətin inkişafında müəllimlərin əvəzsiz rolundan danışmış və onlara peşə fəaliyyətlərində uğurlar arzulamışdır.Tədbirdə çıxış edən müəllimlər dövlətimiz tərəfindən müəllimlərə göstərilən qayğıya, təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər. Tədbirdə bir qrup müəllimə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Qəbələ Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və ETİHİ-nin Qəbələ Rayon Komitəsinin Təşəkkürnamə və hədiyyələri təqdim olunmuşdur. Tədbir şagirdlərin ifasında müəllim peşəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri ilə davam etmişdir.

Keçidlər