Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələdə ağsaqqallarla görüş keçirilib

29 oktyabr 2026 | 17:21

29 oktyabr 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayon ağsaqqallar şurasının üzvləri ilə görüşü keçirilmişdir. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən görüşdə çıxış edən icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev respublikamızda son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı sosial-iqtisadi layihələrdən və əldə olunan nailiyyətlərdən, o cümlədən Qəbələ rayonunda görülmüş işlərdən, keçirilən beynəlxalq miqyaslı tədbirlərin rayonun istər sosial-mədəni, istərsə də turizm sahəsinə böyük töhfələr verdiyindən bəhs edərək, cəmiyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında ağsaqqalların müstəsna rolunu xüsusi vurğulamış, onların həyat təcrübəsinin və müdrik məsləhətlərinin gənclər üçün hər zaman mühüm örnək olduğunu qeyd etmişdir. Daha sonra çıxış edən ağsaqqallar rayonda aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirmiş, gənclərin milli köklərə bağlı, savadlı, ləyaqətli vətənpərvər kimi yetişməsi istiqamətində həyata keçirilən tədbirlərə hər zaman dəstək olmağa hazır olduqlarını ifadə edərək, ağsaqqallara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər