Qəbələdə aqrar sektorun inkişafı diqqət mərkəzindədir
16 sentaybr 2026-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı İlqar Süleymanov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Allahverdiyev, Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin nümayəndələri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq rayon ərazisində bitkiçilik, heyvandarlıq, balıqçılıq, ərzaqlıq buğda istehsalının artırılması təsərrüfatlarına baxış keçirmiş, sahibkarların təşəbbüsləri və görülən işlərlə tanış olmuşlar. Həmçinin Bağçılıq və emal sahəsi üzrə “Aspi Aqro” MMC-nin əlavə 55 ha sahədə üzüm bağının salınması, “AZROSE” MMC-nin 50 ha açıq sahədə gül plantasiyalarının salınması üçün aparılan hazırlıq işləri, “Aqrokompleks Qəbələ” MMC tərəfindən 100 ha yonca və qarğıdalı sahələrində müasir yağış yağdırma sisteminin tətbiqi, “Novex Aqro” MMC-nin kartof sahələrində “Valley İrriqation” yağış yağdırma sistemlərinin moderinləşdirilməsi istiqamətində görülən işlər diqqət mərkəzində olmuş, heyvandarlıq sahəsi üzrə “Aqrokompleks Qəbələ” MMC tərəfindən məhsuldarlığın artırılması və sürünün yenilənməsi üçün əlavə 300 baş iribuynuzlu heyvanların alınmasının, balıqçılıq sahəsi üzrə “AFF-in Qəbələ Qızıl Balıqartırma Zavodu” MMC tərəfindən balıq istehsalının 36 tondan 80 tona artırılmasının mərhələli şəkildə 2026–2030-cu illər ərzində başa çatdırılması, buğda istehsalı sahəsi üzrə fermer Şahin Mustafayevlə 54 hektar sahədə ərzaqlıq buğda məhsuldarlığının yüksəldilməsi layihələri, eləcə də sahibkar Səbuhi Nəbiyevin “Tofiqoğlu” arıçılıq təsərrüfatında görülən işlər təhlil edilmişdir. Sahibkarlarla görüş zamanı onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanılmış, dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanmışdır. Tədbirin davamı olaraq rayon icra hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, Qərargah üzvlərinin iştirakı ilə keçirilən görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatlar diqqətə çatdırılmışdır.













