Qəbələdə Arıçılıq sahəsində mövcud imkanlar, çətinliklər və prespektivlər mövzusunda dəyirmi masa keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlığın inkişafı, yerli iqtisadi potensialın stimullaşdırılması və gənclərin biznes mühitinə inteqrasiyası məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Arıçılıq sahəsində mövcud imkanlar, çətinliklər və prespektivlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şəki-Zaqatala regional kordinatorluğunun, Qəbələ Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının, Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları və müvafiq sahibkarlar iştirak etmişlər. Tədbirdə iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılmış, gələcək işlər müzakirə edilmiş, qarşıya çıxan problemlərin həlli yolları göstərilmişdir.













