Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Autizm fərqlilikdir” adlı tədbir keçirilib

03 aprel 2024 | 10:35

2 Aprel 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ Rayon üzrə Təhsil Sektorunun və Qızıl Aypara Cəmiyyətinin Qəbələ rayon bölməsinin birgə təşkilatçılığı ilə Qəbələ Rayon Heydər Əliyev Parkında uşaqların iştirakı ilə “2 Aprel Ümumdünya Autizm Maarifləndirmə Günü” ilə əlaqədar “Autizm fərqlilikdir” adlı   tədbir keçirilib. Tədbirdə çıxış edənlər autizm  sindromu, yaranama səbəbləri və əlamətləri haqqında ətraflı məlumat veriblər. Tədbirdə müxtəlif bağçaların körpələri və Qəbələ rayon Uşaq İncəsənət məktəbinin şagirdləri, Qəbələ rayon Mədəniyyət Mərkəzinin şən klounu, rəqs dərnəyinin üzvləri öz çıxışları və şən rəqsləri ilə uşaqlara sevincli anlar yaşadıblar. “2 Aprel Ümumdünya Autizm Maarifləndirmə Günü” münasibətilə autizm spektr pozuntusu və əlilliyi olan uşaqlara Qızıl Aypara Cəmiyyətinin Qəbələ rayon bölməsi və digər təşkilatlar tərəfindən hədiyyələr təqdim edilib və iştirakçılara maarifləndirmə materialları bukletlər paylanılıb.

Keçidlər