Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Azərbaycan Qadınlarının VI qurultayının yerli toplantısı keçirilib

06 oktyabr 2023 | 17:29

6 oktyabr 2023-cü il tarixdə Qəbələ rayonunda müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI qurultayına hazırlıq məqsədilə toplantı keçirilib. Toplantıda RİH-nin, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan, müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olan və rayonun ictimai siyasi həyatında fəallığı ilə seçilən xanımlar iştirak edib. Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” ilə bağlı son illər rayonumuzda görülmüş işlər barədə məlumat vermiş, ölkəmizdə dövlət - qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması və bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmiş, Azərbaycan qadınlarının dövlət idarəçiliyində iştirakının ən ali təcəssümünü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında aydın göründüyünü qeyd etmişdir. Çıxış edənlər Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakından danışmışlar. Sonda qadınların üzləşdiyi problemlər müzakirə olunmuş, təkliflər səsləndirilmişdir.

Keçidlər