Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə “Azərbaycan və Gürcüstanda Transsərhəd Meşə Yanğın Risklərinin Qiymətləndirilməsi və Fəaliyyət Planı üzrə Sailor Layihəsi” çərçivəsində təlim keçirilmişdir

28 aprel 2025 | 18:08

24-25 aprel 2025-ci il tarixlərində Qəbələdə transsərhəd meşə yanğınları risklərinin idarəedilməsi sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Gürcüstan Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarəedilməsi Xidməti arasında birgə əməkdaşlığı nəzərdə tutan “Azərbaycan və Gürcüstanda Transsərhəd Meşə Yanğın Risklərinin Qiymətləndirilməsi və Fəaliyyət Planı üzrə Sailor Layihəsi” çərçivəsində yerli səviyyədə meşə yanğınları risklərinin idarəedilməsi və cavab tədbirləri imkanlarının qiymətləndirilməsi üzrə masaüstü təlim keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası FHN-nin Şimal-Qərb Regional Mərkəzinin, Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin, İtaliya Respublikasının Mülki Müdafiə sahəsində fəaliyyət göstərən SİMA tədqiqatlar fondunun, Qəbələ Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər. Təlim zamanı layihədə pilot ərazi kimi müəyyən olunmuş ölkəmizin şimal-qərb regionunda həyata keçirilən meşə yanğınları ssenarisi əsasında yanğın risklərinin idarəedilməsi, effektiv cavab tədbirləri üçün qərarvermə, əlaqələndirmə və məlumat çatdırma mexanizmləri bir daha sınaqdan keçirilmiş, müvafiq beynəlxalq təşkilatlar arasında təcrübə mübadiləsi aparılmışdır.

Keçidlər