Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələdə bayram əhval-ruhiyyəli yarmarka bütün coşqusu ilə davam edir

31 iyul 2026 | 11:41

"QəbələFest" çərçivəsində təşkil olunan sənətkarlıq və istehsal məhsulları yarmarkası sakinlərin və bölgəmizə gələn qonaqların böyük marağı ilə öz işini davam etdirir. Yarmarkada yerli ustaların əl işləri, tətbiqi sənət nümunələri, suvenirlər və Qəbələnin zəngin milli mətbəxini əks etdirən təbii məhsullar təqdim olunur. Şəhərə xüsusi canlılıq gətirən bu məkan həm festival qonaqlarının asudə vaxtını səmərəli keçirməsi, həm də yerli brendlərlə tanışlıq üçün rəngarəng bir platformaya çevrilib. Gün boyunca musiqi sədaları altında davam edən yarmarka festivalın sonunadək ziyarətçilərə gözəl bayram əhval-ruhiyyəsi yaşadacaq.

Keçidlər