Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok yarışları keçirilib

10 iyul 2024 | 09:25

09 iyul 2024-cü il tarixdə Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə kubok yarışları keçirilmişdir. Yarışda "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin, Gəncə Olimpiya İdman Klubunun, Şəmkir Gənclər Evinin, "Ocaq Sport" Klubunun Zaqatala, Ağdaş və Şamaxı bölmələri, Şəki, Oğuz, Qəbələ, Abşeron, Gəncə, Lənkəran, Şirvan, Masallı, Sumqayıt Olimpiya İdman Komplekslərinin müxtəlif yaş qruplarından olan gimnastları iştirak edib. Gərgin və maraqlı keçən yarışlardan sonra yaş və kateqoriyalar üzrə 1-ci, 2-ci və 3-cü yeri tutan idmançılara Azərbaycan Gimnastika Federasiyası tərəfindən medallar, diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Keçidlər