Qəbələdə "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta" mövzusunda tədbir keçirilib
20 noyabr 2025-ci il tarixdə Qəbələdə "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Roman Əmircanov, Qəbələ Rayon İcra Hakimiyyətinin və Fondun digər məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, bitkiçilik və heyvandarlıqla məşğul olan fermerlər iştirak etmişlər. Çıxış edənlər aqrar sığorta mexanizmi haqqında fermerləri və yerli icra qurumlarını məlumatlandırmış, əkin sahələri, o cümlədən meyvə bağları və heyvandarlıq təsərrüfatlarının sığorta şərtləri barədə danışmışlar. Daha sonra fermerlərin sualları cavablandırılmış və onların qarşılaşdığı problemlər və təkliflər dinlənilmişdir.













