Qəbələdə dini konfessiyaların birgə ibadət mərasimi keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə Qəbələnin Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilən və Vətən müharibəsi günlərində istifadəyə verilən Məryəm Ana (“Bulun”) kilsəsində ölkəmizdə fəaliyyət göstərən dini konfessiya nümayəndələrinin birgə iştirakı ilə ibadət keçirilib. Öncə konfenssiya nümayəndələrinə Nic qəsəbəsi, burada fəaliyyət göstərən məscid və kilsələr barədə məlumat verilib. Daha sonra kilsənin daxilində şamlar yandırılıb, birgə yaşayış mövzusunda sərgiyə baxış keçirilib. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələri öz ana dillərində ölkəmizin birlik və bərabərliyi üçün dua edib, şəhidlərin xatirəsini hörmətlə anılaraq qazilərə şəfa diləyiblər.