Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda konfrans keçirilib

03 dekabr 2025 | 17:06

02 dekabr 2025-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov Azərbaycanda dövlət-din münasibətlərinin milli-mənəvi dəyərlərlə yanaşı, həm də multikultural dəyərlərə əsaslanan azərbaycançılıq ideologiyası kontekstində tənzimləndiyini diqqətə çatdıraraq, Azərbaycanın bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsi olduğunu bildirmişdir. Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxış edərək dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslandığını, ölkəmizdə din sahəsində aparılan siyasət fikir, söz və vicdan azadlığı üzərində qurulduğunu qeyd etmişdir. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Pərviz Ağayev çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda dini tolerantlığın inkişafına ölkəmizin yerləşdiyi coğrafi ərazi, əhalinin milli-etnik və dini tərkibi mühüm təsir göstərdiyini vurğulayaraq, tolerant dəyərlərə bağlılıq respublikamızda yaşayan insanların həyat tərzini səciyyələndirən xüsusiyyətlərdən biri olduğunu bildirmişdir. Digər çıxış edənlər Azərbaycanda müxtəlif dinlərə mənsub olan ibadət yerlərinin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradıldığını bildirmişlər. Sonda mövzu ilə bağlı “Həmişə bizimləsiniz!” adlı videoçarx nümayiş olunub.

Keçidlər