Qəbələdə fəal gənclərlə görüş keçirilib
02 noyabr 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayonun fəal gəncləri ilə görüşü keçirilmişdir. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən görüşdə çıxış edən icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev respublikamızda son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı sosial-iqtisadi layihələrdən və əldə olunan nailiyyətlərdən, o cümlədən Qəbələ rayonunda görülmüş işlərdən, keçirilən beynəlxalq miqyaslı tədbirlərin rayonun istər sosial-mədəni, istərsə də turizm sahəsinə böyük töhfələr verdiyindən, gənc nəslin ictimai-siyasi həyatda fəallığının, təşəbbüskarlığının və vətənpərvər mövqeyinin əhəmiyyətinə diqqət çəkərək, cəmiyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasını xüsusilə vurğulamışdır. Çıxış edən gənclər rayonda belə görüşlərin gənclərlə qarşılıqlı ünsiyyətin möhkəmləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və ictimai-siyasi fəallıqlarının daha da artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.













