Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş keçirilmişdir.

05 iyun 2026 | 11:32

Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında rayon ərazisində fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə növbəti görüş keçirilmişdir. Tədbiri rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Arif Allahverdiyev açaraq “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" aqrar sahədə məhsuldarlığın yüksəldilməsi, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və ixrac imkanlarının artırılmasını əsas məqsəd kimi müəyyənləşdirdiyini vurğulamışdır. Görüş zamanı iştirakçılar kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə təklif və fikirlərini səsləndiriblər. Fermerlərin qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılıb, onların təklifləri dinlənilərək fikir mübadiləsi aparılmışdır.

Keçidlər