Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Fövqəladə Hallar Nazirliyinin işçilərinin peşə bayramı qeyd olunmuşdur

18 dekabr 2023 | 12:21

Qəbələ rayonunda  16 dekabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, Şimal-qərb Regional Mərkəzinin rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən digər qurumlarının əməkdaşları iştirak ediblər. İlk öncə Qəbələ şəhərinin mərkəzində Ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilmiş, sonra  tədbir Regional Mərkəzin akt zalında davam etmişdir. Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin  “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” sözlərini əsas gətirilərək, Ölkə başçısının cənab İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin qarşısında qoyduğu vəzifələri bu gündən sonra da layiqincə yerinə yetirmək üçün hər bir əməkdaşın üzərinə böyük vəzifələrin düşdüyünü bildirilmiş, həmçinin ötən 18 il ərzində nazirliyin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı sahəsində görülən işlər barədə məlumat verilmişdir. Mül­ki mü­da­fiə, əha­li­nin tə­bii fəlakətlərdən və tex­no­gen qəzalar­dan, müm­kün   ter­ror ha­di­sə­lə­rin­dən qo­run­ma­sı,  yanğın təh­lü­kə­siz­li­yi­nin və su höv­zə­lə­rin­də təh­lü­kə­siz­li­yi­n tə­min olun­ma­sı is­ti­qa­mə­tin­də görülən işlər və həyata keçirilən tədbirlər diqqətə çatdırılmışdır. Sonda Fövqəladə Hallar Nazirliyinin struktur fəaliyyətinə aid videoçarx izlənilmişdir.            

Keçidlər