Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Fövqəladə Hallar Nazirliyinin və İsveç Mülki Müdafiə Agentliyinin təşkilatçılığı ilə seminar keçirilib

17 yanvar 2023 | 17:25

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və İsveçin Mülki Müdafiə Agentliyinin (MSB) birgə təşkilatçılığı, İtaliyanın Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin (CİMA) və Qızıl Xaç Cəmiyyətinin birgə tərəfdaşlığı ilə keçirilən “Milli səviyyədə səmərəli erkən xəbərdarlıq sistemlərinin qurulması üçün qurumlararası birgə fəaliyyət və fövqəladə halların planlaşdırılması” adlı dörd günlük seminarın davamı olaraq, pilot ərazi kimi seçilmiş şimal-qərb regionuna səfər təşkil olunub. Səfərin məqsədi meşə yanğınlarına həssas ərazilər üçün erkən xəbərdarlıq sisteminin təmin edilməsi üçün mövcud risklərin təhlili və müvafiq  monitorinqlərin aparılması, habelə yerli səviyyədə fəlakətlərin birgə və səmərəli idarəedilməsi imkanlarının qiymətləndirilməsi olub. Səfərə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, o cümlədən PPRD East3 proqramının mütəxəssisləri qatılıblar. Səfər çərçivəsində yerli səviyyədə mülki müdafiə tədbirlərinin birgə təşkili və planlaşdırılması, o cümlədən fəlakət risklərinin idarəedilməsi ilə bağlı məsələləri müzakirə etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində və Qəbələ Rayon İcra Hakimiyyətində də görüşlər keçirilib. Həmçinin səfər çərçivəsində Qəbələ Rayon Mədəniyyət Mərkəzində  Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli səviyyədə mülki müdafiə tədbirlərinə cavabdeh qurumların, o cümlədən yerli icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyətinin və əlaqələndirmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsinə həsr olunmuş seminar keçirilib.

Keçidlər