Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələdə "GabalaFest" çərçivəsində yarmarkanın rəsmi açılışı olub.

30 iyul 2026 | 14:32

29 iyul 2026-ci il tarixdə Heydər Əliyev Konqres Mərkəzinin ərazisində “GabalaFest” çərçivəsində təşkil olunmuş istehsal məhsulları və əl işlərindən ibarət yarmarkanın təntənəli rəsmi açılış mərasimi keçirilmişdir. Çoxsaylı xarici və yerli qonaqların, rayon ictimaiyyətinin  və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tədbir iştirakçılarını və qonaqları salamlayaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi, sosial və mədəni siyasət nəticəsində Azərbaycanın digər bölgələrində olduğu kimi, Qəbələnin də hərətərəfli inkişaf etdiyini, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən mühüm mərkəzə çevrildiyini qeyd etmiş,  15-ci dəfə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının bu il təkcə zəngin musiqi proqramı ilə deyil, həm də regionun sosial-iqtisadi və mədəni həyatına gətirdiyi canlılıqla xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, belə möhtəşəm festivalın Qəbələdə keçirilməsinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla Heydər Əliyev Fonduna Qəbələ ictimaiyyəti və öz adından təşəkkür etmişdir. Rəsmi hissədən sonra tədbir iştirakçıları istehsal məhsulları və əl işlərindən ibarət stendlərlə yaxından tanış olmuşlar. Proqram çərçivəsində DJ ifaları səslənmiş, "Vietnam Bronze Drum Ensemble & Traditional Music" qrupu Vyetnamın milli musiqi və bürünc nağara şousunu nümayiş etdirərək, izləyicilərə fərqli mədəniyyətlərin rəngarəngliyini təqdim etmişdir.

Keçidlər