Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə “Gənc xilasedici” XII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib

29 iyun 2026 | 19:23

29 iyun 2026-cı il tarixində Qəbələdə Fövqəladə Hallar Nazirliyi tərəfindən XII beynəlxalq “Gənc Xilasedici” və XIII Ümumrespublika “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının təntənəli açılışı keçirilib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təçkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar iştirak edir. Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Adil Abdullayev və nazirliyin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, hüquq-mühafizə orqanlarının, rayon təhsil sektorunun rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər. Tədbirə  Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə start verilib. Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev keçirilən yarışların yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşmadığını vurğulamışdır. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxışında yarışların əhəmiyyətindən danışmış, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd etmiş, belə yarışların beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayaraq iştirakçılara uğurlar arzulamışdır. Sonda komandaların təntənəli keçidi baş tutub. Builki Ümumrespublika birinciliyinin final mərhələsində 12 komanda birincilik uğrunda mübarizə aparacaq.

Keçidlər