Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub

29 iyul 2023 | 12:38

XIII Qəbələ Musiqi Festivalının proqramına uyğun olaraq, iyulun 28-də Heydər Əliyev Konqres Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların iştirakı ilə növbəti konsert proqramı təqdim olunub. Festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Konsertdə dünyaca məşhur bəstəkarlar P.Çaykovski, H.Vieuxtemps, G.Bizet, V.Horovits, V.Monti, R.Şuman, Ch.Gounod, Fikrət Əmirov, Firəngiz Əlizadə ilə yanaşı L.Əhmədova, T.Əhədova, R.Əhmədzadə və digər bəstəkarların əsərləri səsləndirilib.

 

Keçidlər