Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Gənclərin biznes emalatxanası” layihəsinə start verildi

11 may 2022 | 13:15

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində peşə təhsili alan sonuncu kurs tələbələri üçün biznes təlimlərinə başlanılıb. Təlimdə gənclər İqtisadiyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti, satış, korporativ idarəetmə, rəqəmsal bacarıqlar və s. kimi ilkin biznes biliklərinə yiyələnəcəklər. Tədbirdə KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar. Tədbir iştirakçıları həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərin peşə təhsilinə yiyələnməsi üçün yardaılmış şəraitlə tanış olublar.

Keçidlər