Qəbələdə gənclərin iştirakı ilə “Təbiətin Gənc Dostları” adlı təmizlik aksiyası keçirilib
10 sentyabr 2026 | 15:02
Qəbələdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində gənclərin iştirakı ilə “Təbiətin Gənc Dostları” adlı təmizlik aksiyası keçirilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və Qəbələ regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı keçirilən iməclik zamanı Qəbələ şəhərində təmizlik işləri aparılmış, məişət tullantıları təmizlənərək daşınmışdır.













