Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə "Gender bərabərliyi" adlı tədbir keçirilib

05 mart 2025 | 17:00

Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Gender bərabərliyi" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd ölkədə qadın hüquqları və gender bərabərliyi sahəsində dövlət siyasəti, institusional mexanizmlər, normativ hüquqi aktların tətbiqini təşviq etmək və qadınların standartlaşdırma fəaliyyətinə cəlb edilməsini stimullaşdırmasının diqqətə çatdırılmasıdır. Tədbirdə çıxış edənlər  standartlaşdırmada gender bərabərliyinin təmin edilməsinin əhəmiyyəti, bu istiqamətdə dövlət tərəfindən görülən işlər, qadın hüquqlarının təmin olunması, cəmiyyətdə və dövlət idarəçiliyində qadınların rolunun artırılması məsələlərinə toxunub. Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

 

Keçidlər