Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmə keçirilmişdir.

04 mart 2026 | 13:59

03 mart 2026-cı il tarixində Qəbələ RİH-nin, uşaq və ailələrə dəstək mərkəzinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmə keçirilmişdir. İctimai dinləmədə Qəbələ RİH-nin, polis şöbəsinin, təhsil sektorunun, idarə, müəssisə və təşkilatların, eləcə də ictimaiyyət nümayəndələri və ekspert qrupunun üzvləri  iştirak etmişlər. İctimai dinləmə zamanı gender bərabərliyinin  təmin olunması istiqamətində görülən  işlər, mövcud  problemlər  müzakirə edilmiş, qadınların qərar qəbuletmə prosesində iştirakının artırılmasının, əmək  bazarında bərabər  imkanların yaradılmasının  və məişət  zorakılığına qarşı  mübarizənin  gücləndirilməsinin vacibliyi vurğulanmışdır. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Rayonun ictimai-siyasi  həyatında fərqlənən qadınlara “Təşəkkürnamə” təqdim edilib.

Keçidlər