Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Fəallıq Kampaniyası" çərçivəsində seminar-müşavirə keçirilmişdir

03 dekabr 2022 | 13:15

02 dekabr 2022-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Fəallıq Kampaniyası" çərçivəsində seminar-müşavirə keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, 150 nəfər gənc və yeniyetmənin iştirakı ilə keçirilən seminar-müşavirədə məişət zorakılığı, zorakılığın doğurduğu mənfi nəticələr müzakirə olunmuş və qurbanların müdafiəsinə dair mövcud müdafiə mexanizmləri haqqında  geniş məlumat verilmişdir. Sonda mövzu ilə əlaqədar məlumatlandırıcı videoçarx nümayiş etdirilmişdir.

 

Keçidlər