Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

21 noyabr 2023 | 17:48

21 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və YAP Qəbələ Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Qəbələ şəhəri ərazisində keçirilən aksiyada qoz, tuya, sərv (ümumilikdə 1000 ədəd) ağacları əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyada Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ Rayon Təşkilatının rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları və gənclər iştirak ediblər.

Keçidlər