Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Hüquqi dövlətin əsasları” adlı olimpiadanın yekun mükafatlandırma mərhələsi keçirilmişdir

28 oktyabr 2022 | 17:01

28 oktyabr 2022-ci il tarixdə Qəbələdə Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin təşkilatçılığ və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 12 noyabr “Konstitutsiya Günü”nə həsr olunmuş Qəbələ, Şamaxı, İsmayıllı və Oğuz rayonlarının məktəblilərindən ibarət komandaların yarışdığı “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadasının yekun mükafatlandırma mərhələsi keçirilmişdir. Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Aparatının, Qəbələ, İsmayıllı, Şamaxı və Oğuz rayonlarının icra hakimiyyətlərinin, təhsil şöbələrinin nümayəndələri, məktəb direktorları, olimpada qaliblərinin iştirak etdiyi tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev əvvəlcə qonaqları salamlamış, hüquq olimpiadasının yekun mərhələsinin Qəbələdə keçirilməsindən məmnunluğunu bildirmiş, Azərbaycanda Hüquqi dövlət quruculuğunun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, ümummilli lider tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.  Çıxış edən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyev Azərbaycan Respublikasının Konstitutsiyası haqqında, Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Aparatının Konstitutsiya hüququ şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri -Dürdanə xanım Məmmədova isə olimpiadanın keçirilməsinin məqsədi və nəticələri barədə geniş məlumat vermişdir. Sonda Hüquq olimpiadasının nəticələrinə görə qalib komandalar, eləcə də yüksək bal toplayan məktəblilər fərdi qaydada Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi tərəfindən Fəxri Fərmanlar və hədiyyələrlə təltif edilmişdir. Rayonlar arasında I yerə Qəbələ şəhər 2 nömrəli tam orta məktəbin komandası layiq görülmüşdür.

 

Keçidlər