Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda zona təlimləri keçirilmişdir

06 sentyabr 2022 | 17:04

06 sentyabr 2022-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlim keçirilmişdir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağdaş, Qəbələ və İsmayıllı rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinin və icra hakimiyyətləri yanında ictimai şuraların üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbir iştirakçılarını salamlayaraq, Qəbələ rayonunun sosial-iqtisadi inkişafından və bu cür təlimlərin keçirilməsinin səmərəliliyindən bəhs etmişdir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktorunun müavini Emil Çaparlı isə ölkəmizdə qeyri-hökumət təşkilatlarının keçdiyi inkişaf yolundan, QHT-dövlət münasibətlərindən danışmışdır. QHT-lər və yerli icra hakmiyyəti orqanlarının ictimai iştirakçılıq, İctimai Şuralara seçkilərin təşkili və keçirilməsi prosesi, İctimai Şuraların hüquq və vəzifələri, fəaliyyət çərçivəsi, dövlət orqanlarının ictimai iştirakçılığın təmin olunması ilə bağlı öhdəlikləri sahəsində bilik və bacarıqlarının artırılması mövzusunda təlimlər Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev və “Demokratiyanı öyrənmə” İB sədri, hüquqşünas Mirəli Hüseynov tərəfindən keçirilmişdir.

Keçidlər