Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “İnformasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı maarifləndirmə” mövzusunda tədbir keçirilmişdir

18 may 2022 | 15:13

18 may 2022-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnformasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı maarifləndirmə” mövzusunda tədbir keçirilmişdir. Qəbələ RİH-nin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, icra nümayəndələrinin, təhsil və səhiyyə işçilərinin iştirak etdiyi tədbirdə Omdudsman aparatının əməkdaşları tərəfindən İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin qanunvericilikdə müəyyən edilmiş qaydada informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, monitorinqin həyata keçirilməsi və təhlillərin aparılması, bu sahədə hüquqi maarifləndirmənin, habelə informasiya əldə etmək hüququ ilə bağlı digər istiqamətlərdə geniş məlumat verilmişdir. Sonda “informasiya əldə etmək hüququmuzu bilək və onu təmin edək” mövzusunda hazırlanmış bukletlər paylanmışdır.

Keçidlər