Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə İnsan Hüquqları Aylığı çərçivəsində “Bullinqin qarşısının alınmasında insan hüquqlarının rolu” mövzusunda təlim keçirilib.

05 iyun 2026 | 15:49

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin və Qəbələ rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə İnsan Hüquqları Aylığı çərçivəsində “Bullinqin qarşısının alınmasında insan hüquqlarının rolu” mövzusunda Qəbələ şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində təlim keçirilmişdir. Tədbirdə çıxış edənlər insan hüquqlarının qorunmasının və gənclərin bu sahədə maarifləndirilməsinin əhəmiyyətindən danışmış, məktəblərdə sağlam münasibətlərin formalaşdırılması, qarşılıqlı hörmətin təşviqi və bullinq hallarının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin vacibliyini vurğulamışlar. Təlimdə iştirakçılara bullinq anlayışı, onun formaları, səbəbləri və yaratdığı mənfi nəticələr barədə ətraflı məlumat verilmiş, həmçinin insan hüquqlarının əsas prinsipləri, hər bir şəxsin təhlükəsiz və ayrı-seçkilikdən uzaq mühitdə yaşamaq hüququ, məktəblərdə sağlam psixoloji mühitin formalaşdırılmasının əhəmiyyətindən danışılmışdır. Təlimin keçirilməsində əsas məqsəd gənclər arasında insan hüquqları sahəsində maarifləndirmənin artırılması, bullinqin qarşısının alınması istiqamətində bilik və bacarıqların gücləndirilməsi, eləcə də təhlükəsiz və inklüziv məktəb mühitinin təşviq edilməsi olmuşdur.

 

Keçidlər