Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir.

29 may 2025 | 16:27

29 may 2025-ci il tarixdə “18 may – 18 iyun İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndələrinin təşəbbüsü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin və polis şöbəsinin əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizdə hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində görülən işlərdən danışılmış və hər bir vətəndaşın öz hüquq və azadlıqlarını bilməsinin vacibliyi diqqətə çatdırılmışdır. 

Keçidlər