Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə keçirilən növbəti monirtorinqlər zamanı qanunsuz torpaq zəbtlərinin qarşısı alınmışdır

14 iyul 2025 | 07:57

Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində 11 iyul 2025-ci il tarixdə keçirilən növbəti monitorinq zamanı Qəbələ rayon Soltannuxa kəndi ərazisində ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edilərək çəpərlənmiş 1.1 hektar Soltannuxa bələdiyyəsinə məxsus torpaq sahələrində söküntü işləri aparılaraq ərazi boşaldılmışdır. Vətəndaşların diqqətinə çatdırılır ki, şəxsi mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Keçidlər