Qəbələdə “Konstitusiya və Suverenlik İli” çərcivəsində "Təmizlik Marafonu" adlı aksiya keçirilib
28 iyul 2025 | 10:48
26 iyul 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərcivəsində keçirilən Təmizlik Marafonu" adlı aksiyada Qəbələ Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şahdağ Milli Parkının Qəbələ bölməsinin, 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və Vəndam bələdiyyəsinin əməkdaşları iştirak etmişlər. Təmizlik aksiyasında rayonun Bunud kəndində Vəndam meşəbəyliyinə aid 5 ha ərazidə 400 kq çəkidə bərk məişət tullantısının təmizlənməsi təmin edilmişdir.













