Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə kümçülər tərəfindən ipəkqurdunun bəslənilməsi davam edir

15 may 2025 | 11:09

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” na əsasən bu ilki mövsümdə Qəbələ rayonunda yaş barama istehsalının 5,8 tona çatdırılması nəzərdə tutulmuşdur. İpəkqurdunun saxlanılması  və barama yetişdirilməsi ilə əlaqədar 60 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 150 qutu, yəni 2,85 kiloqram ipəkqurdu paylanılıb. Hal-hazırda rayonda ipəkqurduna qulluq təlimata uyğun aparılır. Cari mövsümdə Qəbələdə baramaçılıq sahəsində 100-dən çox kənd sakininin məşğulluğu təmin olunub.

Keçidlər