Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə mətbuat işçiləri ilə görüş keçirilmişdir

22 iyul 2022 | 17:50

22 iyul 2022-ci il “Milli Mətbuat Günü” münasibətilə   Qəbələ Rayon İcra Hakimiyyətində “Qəbələ” qəzeti redaksiyasının əməkdaşları ilə görüş keçirilmişdir. Görüşdə cıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev mətbuat işçilərini “Milli Mətbuat Günü” münasibətilə  təbrik etmiş, Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu keçdiyini, “Əkinçi” qəzeti ilə başlayan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttinin davam etdirilərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynadığnı qeyd etmiş və Qəbələ Rayon İcra Hakimiyyətinin orqanı olan “Qəbələ” qəzeti redaksiyasının əməkdaşlarına səmərəli fəaliyyətlərinə və rayonun ictimai həyatında fəal iştiraklarına görə rayon icra hakimiyyətinin fəxri fərmanlarını təqdim etmişdir. Mətbuat işçiləri adından çıxış edən Azad Məmmədov bu gün Azərbaycanda mətbuata, xüsusilə jurnalistlərə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən yüksək qayğıdan danışmış və bu diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

Keçidlər