Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələdə “Milli Dəyərlərimizin İşığında” adlı konsert proqramı keçirilib

11 sentyabr 2026 | 10:15

Qəbələ regional “ASAN Xidmət” mərkəzinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində milli-mənəvi dəyərlərin və milli musiqimizin təbliği məqsədilə “Milli Dəyərlərimizin İşığında” adlı konsert proqramı təşkil olunub. Tədbirdə çıxış edənlər milli-mənəvi dəyərlərin qorunması və təbliğinin, gənclərin bu ruhda yetişdirilməsinin, eləcə də müxtəlif xalqların və mədəniyyətlərin qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşamasını təşviq edən təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Tədbir çərçivəsində “Arşın mal alan” operettasından rəqs kompozisiyası, milli və gürcü xalq rəqsləri, eləcə də saz ifası ilə yanaşı məşhur musiqi nömrələri səsləndirilib. Tədbirin sonunda fəal könüllülərə təşəkkürnamələr təqdim edilib.

Keçidlər