Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə milli-mənəvi dəyərlərin təbliği mövzusunda  konfrans keçirilib 

19 noyabr 2022 | 12:15

Noyabrın 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələdə "Milli-mənəvi dəyərlərin təbliğində QHT və dini icmaların rolu" mövzusunda regional konfrans keçirilib. Konfrans çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən "Yalağaclı" məscidi, "Azərbaycan Udi Ocağı”, “Çotari Alban-Udi" və "Müqəddəs Məryəm Ana" kilsələri ziyarət edilib. Tədbir iştirakçılarına dini ibadətgahlar haqqında geniş məlumat verilib. 50-dən artıq ictimai təşkilatın nümayəndəsinin iştirak etdiyi konfrans öz işini dəyirmi masa arxasında davam etdirib. Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Amil Cavadov Azərbaycanda dini tolerantlıq və multikulturalizm ənənələrinin qədimdən bəri bərqərar olduğunu, bu gün də ölkəmizdə bütün dini icmaların qardaşlıq mühitində fəaliyyət göstərdiyini bildirmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti müavini Ətayə Osmanova çıxışında qonaqları salamlayaraq belə tədbirlərin əhəmiyyətindən danışmış və konfransın işinə uğurlar arzulamışdır.  Konfransda çıxış edənlər Azərbaycanda Qeyri Hökümət Təşkilatlarına və dini icmalara göstərilən qayğıdan, həyata keçirilən layihələrdən bəhs etmiş, bu sahədə öz təkliflərini bildirmişlər.

Keçidlər