Qəbələdə müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sahibkarlarla görüş keçirilmişdir.
05 oktyabr 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sahibkarlarla görüş keçirilmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamına əsasən, sahibkarların iştirakı ilə müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrinin yaradılması, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində heyvanların identifikasiyası və elektron uçotunun yekunlaşdırılması, onların hərəkətinin və qida zəncirinin elektron qaydada izlənilməsinin nəzərdə tutulduğunu bildirmişlər. Görüşdə sahibkarlara investisiya imkanlarını nəzərdən keçirərək, müvafiq layihələrdə iştirak etmələri tövsiyə olunmuşdur.













