Qəbələdə mülki müdafiə üzrə hesabat iclası keçirilib
22 dekabr 2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində mülki müdafiə üzrə ilin yekun hesabat iclası keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, FHN-nin Şimal-Qərb Regional Mərkəzinin nümayəndələrinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, yerli özünü idarəetmə orqanlarının, idarə, müəssisə və təşkilatların mülki müdafiə qərərgah rəislərinin iştirak etdiyi tədbirdə 2025-ci il ərzində rayon ərazisində fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq bütün sahələrdə işləyən işçilərin və rayonun işləməyən əhalisinin mülki müdafiəyə hazırlanması, onların ehtimal olunan fövqəladə hadisələrdən mühafizəsinin təşkili, əhalinin kollektiv mühafizəsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin və mütəxəssislərin hazırlanması, onların maddi texniki bazasının yaradılması, inkişaf etdirilməsi və sair sahələrdə görülmüş işlər geniş təhlil edilmişdir. Həmçinin mövzu haqqında müzakirələr aparılmış, suallar cavablandırılmış və 2026-cı ildə mülki müdafiə sahəsində qarşıda duran vəzifələr müzakirə olunmuşdur.













