Qəbələdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib
16 sentyabr 2022-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mərkəzin və rayon təhsil sektorunun nümayəndələrinin, gənclərin iştirakı ilə keçirilən tədbirdə öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat vermişdir. Çıxış edənlər gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın mənfi nəticələrini və ölkənin hər yerində narkomaniyaya qarşı ciddi mübarizənin aparıldığını qeyd etmişlər. Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılmışdır.