Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə növbəti qanunsuz torpaq zəbtinin qarşısı alınmışdır

04 aprel 2024 | 09:35

Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq özbaşına tikililərin  və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqlər aparılır. 03 aprel  2024-cü il tarixdə keçirilən növbəti monitorinq zamanı Qəbələ şəhəri ərazisində vətəndaş tərəfindən zəbt edilərək çəpərlənmiş 0.2 hektar dövlət mülkiyyətində olan su fondu torpaqlarına məxsus sahədə söküntü işləri aparılaraq ərazi boşaldılmışdır.

Keçidlər