Qəbələdə oduncaq tədarükü ilə əlaqədar ictimai dinləmə keçirilmişdir
3 avqust 2024-cü il tarixdə Qəbələ rayonunun Seyidqışlaq kəndində qışa hazırlıq məqsədilə oduncaq tədarükü ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ RİH-nin əməkdaşları tərəfindən ictimai dinləmə keçirilmişdir. Şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ictimai fəalların, kənd sakinlərinin iştirakı ilə keçirilən dinləmədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxış edərək qırma sahələrinin ayrılması, oduncaq tədarükü və satışının həyata keçirilməsi qaydaları haqqında ətraflı məlumat vermiş, regional meşə təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində tədarük olunan oduncağın ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərin əhalisinə dəyəri əvvəlcədən ödənilmək şərtilə veridiyini bildirmişdir. Görüş müzakirə şəklində davam etmişdir.