Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə polis işçilərinin peşə bayramı qeyd olunmuşdur

02 iyul 2024 | 16:31

Qəbələdə rayon icra hakimiyyətinin təşkilatçılığı, rayon polis şöbəsinin iştirakı ilə Azərbaycan polisinin yaranmasının 106-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, üzərinə tər güllər düzmüş və Qəbələ Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş ekspozisiyaya baxış keçirmişlər. Heydər Əliyev adına Konqress Mərkəzində davam edən tədbirdə rayon icra hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, veteran polislər və ağsaqqallar iştirak etmişlər. Tədbirdə Azərbaycan Dövlət Himni səslənmiş, Ulu Öndərin və torpaqlarımızın işğaldan azad olması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə təbrik məktubu oxunmuşdur. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edildiyini vurğulayaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının daha da müasirləşdiyini bildirmiş, asayiş keşikçilərini bayram münasibətilə təbrik etmişdir. Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Fəxrəddin Abbasov Azərbaycan polisinin keçdiyi tarixi yol haqqında məlumat vermiş, polis əməkdaşlarının əməyinin ölkə rəhbərliyi tərfindən layiqincə qiymətləndirildiyini diqqətə çatdırmışdır. Çıxış edənlər respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə asayiş keşikçilərinin müstəsna xidmətləri olduğunu vurğulamış, veteran polislərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişlər. Sonda Qəbələ rayon Polis şöbəsinin 1 qrup əməkdaşına ictimai asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə fərqləndiyinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar təqdim olunmuş, 1 qrup əməkdaşa isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Qəbələ Rayon Polis Şöbəsi tərəfindən təşəkkürnamə və mükafatların verilməsi haqqında əmr oxunmuşdur.  

Keçidlər