Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Qadına qarşı zorakılığa son” adlı maarifləndirici tədbir keçirilib

29 noyabr 2024 | 02:00

29 noyabr 2024-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətİnin və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kompaniyası çərçivəsində “Qadınlara qarşı zorakılığa son” adlı maarifləndirici tədbir keçirilib. Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova ölkəmizdə dövlət - qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin Heydər Əliyevin adı ilə bağlı olması və bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakından danışmış, ölkəmizdə gender əsaslı zorakılığa qarşı aparılan mübarizədən bəhs etmişdir. Digər çıxış edənlər qadına qarşı zorakılığın cəmiyyətdə yaratdığı fəsadları diqqətə çatdıraraq bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışlar. Sonda mövzu ilə bağlı video-çarx nümayiş olunmuş və bukletlər paylanılmışdır.

 

Keçidlər